İşim ilə əlaqədar olaraq davamlı yeni bizneslər, maraqlı ideyalar axtarışında oluram. İllər boyu yazdığım bəzi biznes ideyalar haqqında məlumatlar paylaşacağam. Maraqlı olan şəxslər daha dərinləməsinə araşdıra bilər, biznes plan hazırlaya bilər və bəlkə də sərmayə yatıraraq bu biznesə yatırım edə bilərlər.
Bu yazı qətiyyən biznes plan, biznes plana dəstəkçi xarakter daşımır. Yazı sadecə şokalad mağazası biznesi ilə bağlı müəyyən əsaslı fikirləri və qeydləri özündə birləşdirir.
Şokolad insanların uzun illərdir sevərək istehlak etdiyi və özəlliklə də xanımların çox sevdiyi şirniyyatlar arasında yer almaqdadır.“Hər on insandan doqquzu şokoladı sevdiyini deyir. Dünya əhalisinin şokolada olan sevgisini Amerikalı yazıçı Con Tullius bu sözlərlə ifadə edir. Həqiqətən də dünyada çox az adam tapılar ki, qədim mayyaların insanlığa bəxş etdiyi bu neməti heç olmasa ayda bir dəfə də olsa dadmasın. Təbii ki, sağlıq vəziyyəti imkan verməyənlər istisna olmaqla…
Yəqin elə buna görədir ki, şokolad bazarı hazırda dünyanın ən stabil inkişaf tempinə malik bazarlarından biridir. 98 milyard dollarlıq böyük bir sənaye olan şokalada tələb 2016-2017-ci illərdə 7 min 540 tona çatıb. Bu rəqəm, son 5 illə müqayisədə 10 %-dən daha çoxdur. Ən böyük tələb artımı isə Çin və Hindistanda olub. Ən böyük şokolad bazarı ABŞ-dadır. Dünyadaki şokoladların 20 %-i burada istehsal edilir. Ən yüksək şokolad istehlakına görə isə birinci yerdə İsveçrə dayanmaqdadır.İsveçrədə adam başına düşən illik şokolad istehlakının miqdarı 11 kq-dır.
Dünya şəkərli və şokolad məmulatları sektorundə beynəlxalq şirkətlərin böyük hakimiyyəti mövcuddur. Dünyadakı bütün istehsalın təxmini 45 %-i ilk 6 şirkət tərəfindən həyata keçirildiyi təxmin edilməkdədir. 2008-dən 2015 ilinə qədər olan müddətdə şəkərli və şokoladlı məmulatların toplam satışında 30 %-lik bir artış olmuşdur ki, bu da təxmini 66 milyard dollara yaxın ixracat deməkdir.
Dünyada Şəkərli ve Şokolad Məmulatlarının Xarici Ticarəti (Milyon ABŞ $)
Sektorun dünyadakı istehsalının və ticarətinin böyük bir qismi inkişaf etmiş ölkələrdə baş tutmaqdadır. Adam başına düşən milli gəlirin yüksək olduğu ölkələrdə şokolad məmulatlarının satışı daha çox ikən, milli gəlirin aşağı olduğu ölkələrdə şokolad məmulatlarına görə daha ucuz olan şəkərli məmulatların istehlakının çox olduğu görülməkdədir.
2015 İli Dünyada Şəkərli ve Şokolad Məmulatlarının İxracı (Milyon ABŞ $)
Ölkələr
Şəkərli Məmulatlar
Pay %
Ölkələr
Şokolad Məmulatları
Pay %
ALMANİYA
4.495
11,2
ALMANİYA
4.333
16,9
BELÇİKA
2.628
6,5
BELÇİKA
2.697
10,5
KANADA
2.552
6,3
HOLLANDİYA
1.766
6,8
ABŞ
2.531
5,5
ABŞ
1.628
6,3
HOLLANDİYA
2.222
5,5
İTALİYA
1.591
6,1
İTALİYA
2.113
5,2
POLŞA
1.461
5,6
FRANSA
2.003
5
FRANSA
1.437
5,5
İNGİLTƏRƏ
1.551
3,8
KANADA
1.354
5,2
POLŞA
1.531
3,8
İNGİLTƏRƏ
860
3,3
MEKSİKA
1.505
3,7
İSVİÇRƏ
822
3,2
TOPLAM
23.131
TOPLAM
17.949
2015 İli Dünyada Şəkərli ve Şokolad Məmulatlarının İxracı (Milyon ABŞ $)
Ölkələr
Şəkərli Məmulatlar
Pay %
Ölkələr
Şokolad Məmuılatları
Pay %
ABŞ
5.734
14,3
ABŞ
2.460
9,5
İNGİLTƏRƏ
3.030
7,5
ALMANİYA
2.318
9
ALMANİYA
2.699
6,7
FRANSA
2.049
7,9
FRANSA
2.557
6,3
İNGİLTƏRƏ
2.023
7,8
KANADA
1.847
4,6
HOLLANDİYA
1.115
4,3
HOLLANDİYA
1.321
3,3
KANADA
965
3,7
BELÇİKA
1.243
3,1
BELÇİKA
678
2,6
İTALİYA
988
2,4
POLŞA
635
2,4
ÇİN
858
2,1
İSPANİYA
559
2,1
İSPANİYA
811
2
JAPONİYA
557
2,1
TOPLAM
21.088
TOPLAM
13.359
Dünyada şokolad və şəkərli məmulatlar idxalatı analiz olunduğu zaman əsas ixracatçı ölkələrin çoxunun eyni zamanda əsas idxalatçı ölkələr olduğu görülməkdədir. 40.048 milyard dollar olan 2015 ili toplam şəkərli məmulatlarının idxalının 14 %-ini həyata keçirən ABŞ, ən böyük idxalçı ölkədir. ABŞ-dan sonra digər əsas ölkələr 7.5 % ilə İngiltərə və 6.7 % ilə Almaniya olmuşdur.
Dünyada toplam şokolad məmulatları idxalında 9.5 % ilə ABŞ ilk sırada yer almaqdadır. Bu ölkəni Almaniya 9 %, Fransa 7.9 % , İngiltərə 7.8 % pay ilə izləməkdədir. Bu 4 ölkənin toplam idxalı, dünyadakı şokolad məmulatlarının idxalının təxmini 34 %-ini təşkil etməkdədir.
Dünya şokolad bazarındakı proseslər, əlbəttə ki, Azərbaycan bazarına da təsirsiz ötməmişdir. Ölkəmizdə şokolad və şokolad məhsullarına tələb getdikcə artmaqdadır. Azərbaycanda şokolad məhsullarının satış bazarının sürətlə genişləndiyi bir dövrdə şokolad mağazası açmaq yaxşı bir iş fikri ola bilər.
Şokolad Mağazası biznesinə yatırım.
Şokolad mağazası açarkən bir çox seçiminiz ola bilər. Ya öz markanızı yarada bilər və bu marka üzərindən xüsusi şokoladlar istehsal edə bilərsiniz. Lakin bunun üçün sizin ciddi büdcəyə və peşəkar komandaya ehtiyacınız var. Yaxud da dünyada uğurlu olan şəbəkə şokolad şirkəti ilə danışaraq, o markanın franşizasını ala bilərsiniz. Əslində elə bunun üçün də kifayət qədər büdcəyə ehtiyac var. Bu büdcə əlbəttəki qarşı tərəfin şərtləri əsasında dəyişməkdədir.
Şokalad Mağazası Necə Açılır?
1. Rəqabətlilik dərəcəsini araşdırın. Ətrafınızdakı digər şokolad mağazaların nələr elədiyini, hansı növ məhsullar və xidmətlər verdiyini araşdırın. Rəqiblərinizin daha əvvəl heç istehsal etmədiyi şokolad növlərini istehsal edə bilər və beləliklə rəqiblərinizdan fərqlənərək işinizdə müvəffəqiyyət əldə edə bilərsiniz. Əgər ümumiyyətlə bazarda rəqibləriniz çox azdırsa, siz bu biznesə girmək üçün tələsməlisiniz.
2. Bines Plan hazırlayın
Açmaq istədiyiniz mağaza hansı böyüklükdə olursa olsun, ətraflı bir bines plan hazırlamanız çox vacibdir. Hazırlayacağınız bu biznes planda şokolad sektorunun ölkədəki vəziyyəti, hədəfləriniz, insanların tələbi, rəqiblərinizin gördüyü işlər, lazım olan investisiya və bazarın mövcud vəziyyətini yaxşı analiz edilərək bir neçə ildən sonra gəlmək istədiyiniz mövqe kimi məqamların əks etdirilməsi gələcəkdə işinizdə sizə faydalı olacaqdır. Eyni zamanda marketinq, satış, biznesin inkişafı və ən əsası maliyyə analizlərini düzgün təyin etmək ən vaciblərdəndir. Yəni bütün işlərdə olduğu kimi bu işdə də biznes plan sizin üçün həm çox vacib yol xəritəsidir, həm də potensial sahibkarların diqqətini çəkmək üçün bir satış strategiyasıdır. Əgər bines planı hazırlaya bilmirsinizsə bu mövzuda profesional olaraq yardım ala bilərsiniz.
3. Şokolad mağazası üçün lazımi avadanlıqları satın alın:Bişirmə avadanlıqları, şokolad qəlibləri, diqqət çəkici şokalad vitrini satın almanız lazımdır. Eyni zamanda məkanın dizaynı da önəmlidir.
4. Marketinq fəaliyyətləri. Bir şokolad mağazası üçün reklam ən önəmli amillərdəndir. Xüsusilə olduğunuz bölgədə rəqibləriniz varsa mütləq reklama diqqət göstərməyiniz lazımdır.
Yeni reseptlərinizin və xüsusi günlərdəki endirimlərinizin insanlar tərəfindən bilinməsi üçün bir veb sayt yaradın.
Facebook, Instagram kimi sosial media məcralarında da öz səhifənizi açın, və orada da düzgün hədəf kütləsinə reklam edin.
Kataloqlar, flayerlər və digər çap məhsulları sizin markanın imicinə uyğun olmalıdır.
Məhsullarınızın profesional keyfiyyətdəki şəkillərini yanlarında açıqlamalırıyla birlikdə veb səhifəsində paylaşın.
İstəyinizə görə veb səhifənizdə alışveriş texnolojisini də istifadə eliyə bilərsiniz. Beləcə müştəriləriniz məhsullarınızı internet vasitəsilə də ala bilərlər.
İnfluncer marketinqdən çox istifadə edin,
Müştərilərin qeydiyyatını aparın,
Xüsusi loyallıq proqramları, kampaniyalar təşkil edin və s.
Marketinq fəaliyyəti mağazanızın gələcəyi üçün böyük bir əhəmiyyətə sahibdir. İlk zamanlar reklama ayırdığınız büdcəni aşağı tutub, ilərləyən zamanlarda qazancınıza görə artıra bilərsiniz.
Şokolad mağazası açmaq istədiyiniz zaman eləməli olduğunuz 4 önəmli nöqtə var:
Diqqət çəkici bir konsept yaratmaq,
Yaxşı təqdimat vasitələrinə sahib olmaq,
Gözəl bir qablaşdırma sisteminə sahib olmaq,
Xüsusi və keyfiyyətli şokolad hazırlaya biləcək ustanızının olması. Əvvəllər bu sektördə fəaliyyət göstərmiş ustalar ilə çalışmağınızın sizə faydası olacaqdır. Çünki şokolad istehsalında ləzzət ən önəmli faktordur.
Bu 4 maddə bir araya gəldiyi zaman müvəffəqiyyətli bir şokolad konseptinə, markasına , biznesinə çevrilmə şansınız artacaqdır.
Şokolad mağazanızın insanlar tərəfindən maraq oyandırmasını istəyirsənizsə diqqət etməli olduğunuz bəzi önəmli nöqtələr var.
Şokoladların hazırlandığı yer ilə satıldığı yer bir birindən ayrı olmalıdır.
Mağazanızın bir yerində şokolad hazırlayarkən, digər bölümündə isə məhsullarınızı vitrinlərə yığaraq satış eliyə biləcəyiniz bir sahə olması lazımdır. Bu mövzuya görə məkan seçimini eləməlisiniz.
Vitrinləriniz məhsulların satılma önəmliliyinə görə dizayn olunmalı və insanları cəlb edəcək foramda düzülməlidir.
Ləzzətli məhsularınız və gözəl təqdimatlarınız üçün bu işin təhsilini almış işçilərə ehtiyacınız olacaq.
Konseptinizi qəhvə,çay, süd və s. ilə də dəstəkləməniz lazımdır.
Bütün bunlardan əlavə təmizlik və müştəri məmnuniyyətini üst səviyyədə tutmaq önəmlidir.
Unutmayın ki, müştəri ilə səmimiyyət yaradılması, o müştərini daima o dükandan e. Bu fürsətləri yaxşı dəyərləndirin. İşçilərinizin məmnuniyyətini üst səviyyədə saxlamağa çalışın ki, onlar da sizə qarşılığında daha çox pul qazandırsın. Bütün bu mövzular bir birinə bağlı bir zəncir kimidir. Halqaları möhkəmləndirin və zirvəyə çıxın.
Türkiyədə bir şokolad markası – “1983 Bəyoğlu Şokolad və Qəhvə“
şokolad mağazası biznesi
1983 Beyoğlu Şokolad & Qəhvə, Beyoğlunun küçə mühitini nostaljik Beyoğlu tramvayı konsepti ilə birləşdirdi. Hal hazırda Antalyada xidmət verməkdədir. Mart 2016-da dilerlik sistemi ilə böyüməyə qərar verən marka, ilk mərhələdə franşiza giriş haqqı almayacaq idi. İnvestisiyanın geri dönüş müddəti 12-24 ay arası düşünülməkdə idi.
2020-ci ilin sonuna qədər 25 söbəyə çatmağı hədəfləyən və hal hazırda 11 şöbəsi olan marka, özünə məxsus ləzzətləri ilə insanların maraq mərkəzinə çevrilmiş vəziyyətdədir. Yüksək qazanc təmin edən şokolad və qəhvə menyusu ilə diqqət çəkən marka, məşhur Beyoğlu şokoladı, Beyoğlu kraliçası, Beyoğlu qəhvəsi kimi ləzzətlərlə müştərilərə xidmət verməkdədir. Həm qazanıb həm də qazandıran bir strateji ilə sahibkarlara fürsət tanıyan və müştərilərin tələblərini şokoladın rədd edilməz ləzzəti ilə qarşılayan marka, şöbələrində yer alan “Beyoğlu Tramvayı” dekorasiyası ilə İstanbuldan kənarda yaşayan qonaqları sanki, Beyoğlunda nostaljik bir gəzintiyə çıxardır.
5. Marka Yaradın
Bugün bir marka yaratmaq düşünüldüyü qədər asan bir iş deyil. Bunun üçün əlinizdə imkanlarınız və sizi rəqiblərinizdən bir neçə addım iləri götürəcək fərqli düşüncələriniz olmalıdır. Mağazanın adı, loqosu, dizaynı, konsepti; məhsullarınız keyfiyyəti, ləzzəti, təqdimatı; işçilərinizin geyimi, səmimiyyəti kimi faktörlər, bir markaya dönüşmənizdə önəmli rol oynayır.
Mağazanıza uyğun bir loqo hazırlayın. Eyni zamanda mağazanın vizyonuna uyğun bir konsept yaratmaq da önəmlidir. Dizaynda, menyuda və digər məsələlərdə istifadə edəcəyiniz rəngləri müəyyənləşdirəcəyiniz konseptə görə seçməniz daha doğru olacaqdır. Və bu dizaynları və vahid konsepsiyanı özündə birləşdirən bir brendbook-un haırlanması vacibdir.
İlk zamanlar markanızın tanınması üçün reklama çox pul xərcləməli olacaqsınız. İşlərinizi böyütmək üçün investisiya axtarın. Sahibkarlara dilerlik və ya franshiza təklif edin. İnsanlara sizinlə çalışması üçün səbəblər göstərin. Ancaq belə halda işlərinizi böyüdərək uğur əldə edə bilərsiniz.
Şokolad mağazası açmanın xərci
Şokolad mağazası açmanın xərci seçəcəyiniz konseptə görə dəyişiklik göstərir:
Bir markadan dilerlik almanız halında şokolad mağazası açma xərci 40-100 min manat arasında dəyişməktədir.
Özünüz bu sahədə təcrübə qazandıqda və yaxud işlədikdən sonra, öz markanızı yaratdığınızda maliyyət 20-50 min manat arasında dəyişəcəkdir.
Evdə özünüz şokolad düzəldib satmaq qərarı verəcəyiniz halında (Daha çox qadınlar) 2000 manat ilə 3000 manat arası bir sərmayə sizə kifayət edəcəkdir. Lakin bu seçim halında sizin satışınızı reallaşdıracaq 3-cü tərəfin də olması vacibdir.
Bu sektordə qazanc faizi yüksəkdir. Satdığınız məhsullarda qazanc faizi orta hesabla 45-50 %-dir. Bütün xərcləri çıxdıqdan sonra bu rəqəm 30-35 -%ə düşə bilməkdədir. Yəni aylıq 10 min manatlıq bir dövriyyəniz olduğu zaman, bunun 3000-3500 manatı qazanc olaraq kassanıza daxil olmaqdadır. Ölkəmizdə bu tərz konseptdə mağazaların sayının çox olmaması da bu işdən ciddi bir şəkildə pul qazanma ehtimalınızı artırır.
"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub.
https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency
"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq.
Lətif bəy bizə arıçılıq biznesini...