SOCAR yeni şirkətlər alıb

Date:

Paylaş:

“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Almaniyanın “EWE AG” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərini almasına dair müqavilə imzalanıb.

Bu barədə STEAŞ məlumat yayıb.

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev həmin şirkətlərin STEAŞ-ın idarəçiliyi altında fəaliyyətini davam etdirərək Türkiyə və Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandıracağını deyib.

“Bursagaz” və “Kayserigaz”ın şirkətlər qrupuna qatılması ilə Türkiyədəki təbii qaz üzrə fəaliyyət zəncirini tamamladıqlarını bildirən V.Əliyev “Millenicom”un da TANAP boru kəməri boyunca inşası davam edən 1850 kilometrlik “SOCAR Fiber” layihəsi ilə mühüm sinerji yaradacağını qeyd edib.

Xatırladaq ki, SOCAR bu il yanvarın 30-da “EWE Turkey Holding”i və qrupa daxil olan şirkətləri aldığını açıqlayıb.

2007-ci ildə Türkiyə bazarına daxil olan “EWE Turkey Holding” enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan “EWE Turkey Holding” 2017-ci ilin sonuna təxminən 2,4 milyard türk lirəsi dövriyyəyə malik olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...