Lombardlara müddətsiz lisenziya və icazə veriləcək

Date:

Paylaş:

Lombardlarla bağlı yeni qanun layihəsi hazırlanıb.

“Lombardlar haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə (MM) daxil olub və bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində göstərilir ki, lombardlara müddətsiz lisenziya və icazə veriləcək.

Bununla bağlı adıçəkilən sənədin 18.1-ci bəndində qeyd edilib ki, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

Qanun layihəsində bildirilir ki, lombardlara verilən lisenziya və icazə müddətsizdir. Lisenziya və icazə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya və icazə yalnız onu almış lombard və filial tərəfindən istifadə edilə bilər.

Həmçinin, yeni qanun layihəsi ilə lombardların nizamnamə kapitalı milli valyuta ilə formalaşdırılacaq.

Belə ki, qanun layihəsinin 4-cü maddəsində (Lombardın nizamnamə kapitalı) bildirilir ki, lombardın minimum nizamnamə kapitalı Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.

Sənəddə qeyd edilir ki, lombardın minimum nizamnamə kapitalı Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.

Lombardın nizamnamə kapitalının minimum miqdarına dair tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur.

Eyni zamanda, Azərbaycanda lombard fəaliyyətinə lisenziya verilməsinə görə rüsum tutulacaq.

Qanun layihəsinin 18-ci maddəsində (Lisenziya və icazə)  qeyd olunur ki, lombard fəaliyyətinə lisenziya verilməsi üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödəniləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...