“Etiketin üstünə 49.9 yazılmışdı, kassada 79 manat olduğunu öyrəndim”.
Bu sözləri Hüsniyə Cavadzadə adlı istifadəçi sosial şəbəkədə “Mango” geyim markasından şikayətində yazıb. Bildirib ki, mağazalar şəbəkəsində 50%-dən endirim olduğu üçün alış-verişə gedib. Bu zaman hər birinin üzərində qiyməti 49.99 yazılmış şalvar və köynək seçib.
Lakin kassaya yaxınlaşdığı zaman ona qiymətlərin fərqli olduğu bildirilib.
“Köynək 85 AZN-dən 79 AZN-ə düşüb, şalvar isə 59 AZN-də qalıb. Təsəvvür edin ki, belə qiymət səhvi olan onlarla paltar var. Mənim də 2 saat vaxtım boşuna getdi”.
Şikayətçi sonda mağazanın məhsul şəxsinə yaxınlaşıb və ona qiymətlərin həqiqətən səhv vurulduğunu bildiriblər.