Azərbaycan Qazaxıstanda Ticarət Evi açacaq

Date:

Paylaş:

“Bu ilin payızında Azərbaycan Qazaxıstanda Ticarət Evi açacaq”.

Bunu  İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, Ticarət Evi Qazaxıstanın Nur-Sultan şəhərində açılacaq.

Nazir müavini bildirib ki, hazırda ticarət evlərin açılması ilə bağlı danışıqlar davam edir: “Çinin müxtəlif bölgələrində və Ər-Riyadda açılması nəzərdə tutulur. Çalışırıq ki, ticarət evlərin açılışı bu il ərzində baş tutsun, lakin proses bu ilin sonuna yaxud da növbəti ilədək çəkə bilər”.

Xatırladaq ki, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə artıq 7 ölkədə – Belarus, Latviya, Polşa, Rusiya, Çin (Lucou şəhərində), BƏƏ və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...