ABŞ bütün sənaye sahələrini dəyişdirməyə qadir olan yüksək motivasiyalı qadınlar üçün əsas hədəf ölkələrdən biridir. Forbes ABŞ-da müvəffəqiyyət qazana bilmiş ən zəngin miqrant qadınları seçdi.
Hər il ABŞ-a on minlərlə insan köç edir, onların əsas məqsədi daha uğurlu gələcək qurmaqdır. Robyn Rihanna Fenty-nin də hekayəsi belə başlamışdır. Haradasa on il bundan əvvəl Rihanna musiqi karyerasına başlamaq üçün öz vətənini, Barbadosu tərk etdi. Ona digər bir musiqiçi (hal-hazırda milyarder olan) Jay-Z kömək etmişdir. O vaxtdan bəri, Rihanna musiqi sənayesinin zirvəsinə çıxaraq, kosmetika və dəb sahəsində də uğur qazana bilmişdir.
2017-ci ilin sonunda Rihanna öz şöhrətindən və təcrübəsindən istifadə edərək, LVMH ilə birlikdə Fenty brendini yaradır. Ötən ildə şirkətin satış həcmi 570 milyon dollar təşkil edib. 2018-ci ildə isə Rihanna TechStyle Fashion Group onlayn-mağazası ilə birgə Savage X Fenty alt geyim kolleksiyasını buraxdı. Bu, onun dəb sahəsində başladığı ilk layihələrdən biri olmuşdur. Ötən ayda Rihanna və LVMH yeni moda evi – Fenty-nin yaradılmasını açıqladı. Beləliklə, o, Fransanın moda evinin başında ilk qaradərili qadın olacaq.
Hal-hazırda Forbes jurnalının qiymətləndirmələrinə görə. Rihanna-nın sərvəti 600 milyon dollar təşkil edir. O, 2019-cu ildə Amerikanın ən zəngin miqrant qadınları arasında 12-ci yeri tutur. Forbes reytinqinin yeni iştirakçılarından biri də Tayvan əsilli Ashley Chen və Hindistan əsilli Neha Narkhede -dir. Ümumilikdə onların sərvəti 18,4 milyard dollar təşkil edir ki, bu da ümumi məbləğin 23%-ni təşkil edir.
Tai Li Banqkokda anadan olmuş və Şimali Koreyada böyüyüb. Li Amxerstdə iqtisadiyyat və biologiya üzrə təhsil alıb, 1985-ci ildə isə Harvardın biznes məktəbində MBA proqramını uğurla başa vurub. Dörd il ərzində o Procter & Gamble və American Express kimi şirkətlərdə çalışıb. 1989-cu ildə Li həyat yoldaşı ilə birgə SHI International şirkətini təsis etdi. Hazırda bu SHI International-ın əməkdaşlıq etdiyi ölkələr sırasına Johnson & Johnson və Boeing da daxildir. 2018-ci ildə şirkətin gəliri 10 milyard dollar təşkil edib.
Çin əsilli olan Weili Dai, Panda Express şirkətinin həmtəsisçisi olan Peggy Cherng və milyarder Eren Ozmen ABŞ-a maraq üçün köç ediblər. Ozmen Türkiyədə paxlava satmaqla yanaşı, paralel olaraq Sierra Nevada şirkətində xadimə kimi də çalışırdı. Hal-hazırda o Sierra Nevada şirkətinin prezidenti və majoritar səhmdarıdır. “ABŞ-a və qadınların burada nələr nail ola biləcəyinə baxın. Biz düşünürük ki, həyatda iz qoymalıyıq”, – deyə Ozmen 2018-ci ildə Forbes jurnalına verdiyi müsahibədə bildirib.
Kosmetika bazarının maqnatı olan Anastasia Soare Los-Ancelesə Rumıniyadan gələrək, 1989-cu ildə gözəllik salonunda işləməyə başlayıb. Üç ildən sonra o şəxsi biznesini qurdu, 2000-ci ildə isə Anastasia Beverly Hills brendini yaradır. Şirkət ümumi olaraq 3 milyard dollar dəyərində qiymətləndirilir. Forever 21-in həmtəsisçisi Jin Sook Chang həyat yoldaşı ilə birgə ABŞ-a Cənubi Koreyadan, 1981-ci ildə köç edib. Hal-hazırda Forever 21 815 mağazaya sahibdir, onun illik gəliri isə 3,4 milyard dollar təşkil edir.
Qadın miqrantların əsas fəaliyyət sahələrinə texnologiyalar daxildir. Belə ki, bu sahədə uğur qazanmış şəxslərdən biri Oracle şirkətinin təsisçisi Safra Catz olmuşdur. O, İsrail əsillidir və şirkətə 1999-cu ildə qoşulub. Hal-hazırda Safra Catz milyarderlərdən biridir.

Tai Li
Sərvəti: 3 milyard dollar
Vətəni: Cənubi Koreya
Gəlir mənbəyi: İT-provayder

Peggy Cherng
Sərvəti: 1,7 milyard dollar
Vətəni: Birma (Myanma)
Gəlir mənbəyi: fast-food

Jin Sook Chang
Sərvəti: 1,5 milyard dollar
Vətəni: Cənubi Koreya
Gəlir mənbəyi: dəb

Eren Ozmen
Sərvəti: 1,5 milyard dollar
Vətəni: Türkiyə
Gəlir mənbəyi: aerokosmik tərtibatlar

Jayshree Ullal
Sərvəti: 1,4 milyard dollar
Vətəni: Böyük Britaniya
Gəlir mənbəyi: kompüter şəbəkələri

Anastasia Soare
Sərvəti: 1,2 milyard dollar
Vətəni: Rumıniya
Gəlir mənbəyi: kosmetika

Safra Catz
Sərvəti: 1,1 milyard dollar
Vətəni: İsrail
Gəlir mənbəyi: proqram təminatı

Neerja Seti
Sərvəti: 1 milyard dollar
Vətəni: Hindistan
Gəlir mənbəyi: İT-konsultasiyalar

Weili Dai
Sərvəti: 960 milyon dollar
Vətəni: Çin
Gəlir mənbəyi: yarımkeçiricilər

Kristel De Haan
Sərvəti: 950 milyon dollar
Vətəni: Almaniya
Gəlir mənbəyi: timeshare

Kit Crawford
Sərvəti: 890 milyon dollar
Vətəni: Kanada
Gəlir mənbəyi: Clif Bar

Rihanna
Sərvəti: 600 milyon dollar
Vətəni: Barbados
Gəlir mənbəyi: kosmetika, musiqi

Theresia Gouw
Sərvəti: 580 milyon dollar
Vətəni: İndoneziya
Gəlir mənbəyi: vençur yatırımlar
Selina Dion
Sərvəti: 450 milyon dollar
Vətəni: Kanada
Gəlir mənbəyi: musiqi

Adi Tatarko
Sərvəti: 430 milyon dollar
Vətəni: İsrail
Gəlir mənbəyi: interyerlər

Neha Narkhede
Sərvəti: 360 milyon dollar
Vətəni: Hindistan
Gəlir mənbəyi: proqram təminatı

Sonia Gardner
Sərvəti: 310 milyon dollar
Vətəni: Marokko
Gəlir mənbəyi: maliyyə

Ashley Chen
Sərvəti: 300 milyon dollar
Vətəni: Tayvan
Gəlir mənbəyi: İT provayderlər

Toni Ko
Sərvəti: 270 milyon dollar
Vətəni: Cənubi Koreya
Gəlir mənbəyi: kosmetika