“Fujifilm” şirkəti bir ildən çoxdur ki, istehsalı dayandırılan qara-ağ fotolent bazarına yenidən çıxması barədə xəbər verib. Yeni Neopan 100 Acros II lenti “ Y və Z nəsilləri”nin istəyi hesabına işlənib hazırlanır və onları şirkət “ yeni lent marağında olanlar” adlandırır.
Neopan 100 Acros II fotolenti 35 və 120 millimetrlik formatlarda mümkün olacaq. “Fujifilm” bildirir ki, Super Fine-Σ texnologiyası original Neopan 100 Acros lenti ilə müqayisədə daha az qusürlu və dəqiq görüntülü şəkilləri təmin edir. “Fujifilm” yeni lentin satışına bu payız Yaponiyada başlayacaq, digər bazarlara çıxması isə tələbatdan asılı olacaq.
Bu xəbərin özəlliyi ondadır ki, lent fotoçəkilişlərinin həvəskarları lent istehsalçılarından ancaq pis xəbərlər almağa alışıblar. “Fujifilm” bir neçə belə istehsalçıdan biridir.