Sam Walton-un (Walmart) biznes qaydaları

Date:

Paylaş:

Həyatın istənilən sahəsində heyran qala bilinəcək insanlara rast gəlmək mümükündür.Heç nəyə baxmayaraq, qarşılarına qoyduqları məqsədlərə necə çatmalarına heyran qalınacaq.

Biznesin dünya tarixində də belə insanlar var və onlardan biri də Sam Walton-dur. O, nəhəng Wall-Mart riteyler şəbəkəsini yaradıb və onu bütün dünya üzrə tanıdıb.

Buna necə nail olub? Ola bilsin ki, uğurunun bütün sirlərini açıqlamağa nail olmayıb, lakin biznesinə aid olan əsas prinsipləri bölüşə bilib.

Sam Walton-un prinsipləri

  1. Sadiq olun.  Gördüyü işə sadiq olmaq, uğur əldə etmək istəyən hər bir şəxs üçün mühüm keyfiyyətdir. Nə olursa olsun, öz işinizə, biznesinizə və uğurunuza inanın.
  2. Özünüzə səxavətlilik aşılayın. Həmişə öz əməkdaşlarınıza qarşı səxavətli olun. Onlar sizin şirkətin əsas hissəsidirlər. Ürəyiaçıqlıqla, onlarla biznesdən əldə etdiyiniz hər bir şey barədə bölüşün və heç vaxt onlara “yuxarıdan aşağıya” baxmayın. Onlarla tabeliyinizdə olanlar kimi deyil tərəfdaşlarınız kimi davranın.
  3. Məlumatları yayın. Sizin əməkdaşlarınız şirkət barədə heç də sizdən az məlumatlı olmamalıdırlar. Onları biznesinizlə əlaqəli istənilən məlumatlardan xəbərdar edin. Şirkət daxilində baş verənləri daha yaxşı bilməklə onlar uğura təkan verəcəklər.
  4. Minnətdarlıq edin. Lazımlı vaxtda və lazımlı yerdə edilən səmimi minnətdarlıq əməkdaşları daha da yaxşı işləməyə həvəsləndirmək üçün əla vasitədir.
  5. Öz yolunuzla gedin. Başqalarına baxmaq lazım deyil. Öz şəxsi yolunuzu tutun və hədəfinizı doğru irəliləyin.
  6. Xərclərinizə diqqət edin. Digər şirkətləri izləməkdənsə, özünüzünkinə vaxt ayırın. Rəqiblərinizin deyil, özünüzün xərclərinizi nəzərdə saxlayın. Bu daha vacibdir.
  7. Uzaqgörən olun. Siz müştərilərinizin həftələr, aylar, illərdən sonra nə istəyəcəklərinin bilməlisiniz. Hətta onlar özləri də təxmin etmədiyini siz bilməlisiniz.
  8. Hər kəsin fikrini nəzərə alın. Əməkdaşlarınızın hər biri sizə ilk baxışda göründüyündən daha çox iş dəyərinə sahib ola bilər. Hər birini diqqətlə dinləyin və hər kəslə təmas nöqtələri tapmağa çalışın.
  9. Səhvlərinizi etiraf edin. Harda səhv etdiyinizi bilməniz onu bir daha təkrarlamamağınıza kömək edir.
  10. Özünüzə qarşı çox da ciddi olmayın. Özünüzə və hərəkətlərinizə gülməyi də bacarın. Bu ağır iş gününə rahatlıq gətirməyə kömək edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...