Məşhur Shazam servisinin tərtibatçıları sözügedən tətbiqin Android versiyasına Pop-up Shazam adlı yeni funksiyanı əlavə ediblər. Həmin funksiya sayəsində istifadəçi kənar tətbiqlərdən çıxmadan həmin tətbiqlərdəki və qulaqlıqlarda səslənən mahnını təyin edə bilər. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib.
Sözügedən yeni funksiya həm naqilli qulaqlıqlarda həm də nailqisz qulaqlıqlarda çalışır. Daha əvvəllər məsələn YouTube-da səslənən məhnını tapmaq üçün ya qulaqlığı smartfondan çıxarmaq lazım idi ya da qulaqlığı smartfon mikrofonuna yaxınlaşdırmaq lazım idi. Bu yeni funksiyanın aktiv olduğu zaman smartfon ekranının yuxarı hissəsində xüsusi bildiriş əks olunur. Həmin bildirişə klik edən zaman isə Shazam işarəsi ortaya çıxır. Həmin işarəyə klik edəndə tətbiq səslənən musiqini axtarmağa başlayır.
Sözügedən funksiyanı deaktiv etmək üçün sadəcə olaraq Shazam işarəsini swype etmək lazımdır. Smartfon ekranın yuxarı hissəsində ortaya çıxan xüsusi bildirişi deaktiv etmək üçün isə Shazam tətbiqinin ayarlarına daxil olmaq və ya həmin bildirişi aşağı endirərək deaktiv etmək düyməsinə klik etmək lazımdır. iOS üçün bu funksiya aktiv deyil. Çünki iOS əməliyyat sistemi daimi bildirişlər formatını dəstəkləmir.