Kağız qəbzlər icbariliyini itirib

Date:

Paylaş:

7 iyundan N 129-ФЗ  “Federal qanuna dəyişikliklər edilməsi” federal qanunu qüvvəyə minib. Bu qanun “Rusiya Federasiyasında hesabların aparılması üzrə kassaya nəzarət texnikasının tətbiqi haqqında” qanunla bağlıdır (54-Ф3) Buna əsasən:

  1. Məhsulları və ya xidməti satan şəxs artıq kağız qəbz verməmək hüqununa malikdir, belə ki, o bunu elektron qaydada telefon nömrəsinə və elektron poçtuna mesaj göndərməklə həyata keçirə bilər. Alıcı istənilən vaxt bu qəbzi tələb edə bilər. Əgər belə gediş alıcının xoşuna gəlmirsə, bu qanun məsələsi deyil, satıcıya olan diqqətin göstəricisidir.
  2. Kuryer daşınmasında və ya yerində hesablama hallarında satıcı onlayn-kassadan istifadə edə bilər. O başqa yerdə olsa da, bunu mobil cihaza qoşulmaqla həyata keçirə bilir.
  3. Kassa qəbzi alıcıya QR-kod şəklində ötürülə bilər və müştəri bunu sərbəst şəkildə mobil cihazın köməyi ilə imzalayıb skan edə bilər. Bundan başqa qəbzi poçtla və ya sms-mesjala da əldə etmək mümkündür. Belə qəbzin identifikasiyasını alıcı, İnternet şəbəkədəki əlaqəli qaynaqlarda edə bilər.

Bazar ekspertləri də buna artıq sevinirlər. Kuryer daha özü ilə ayrıca kassa daşımalı olmayacaq. Onun smartfonunun və  qəbz möhürləyici printerinin olması kifayətdir. Belə fikir riteylerlərə mobil kassalar vasitəsilə ödəmə xidmətini bulud infrastrukturasına keçirməyə imkan verir.

İvan Kurquzov (“Оборот”) deyir ki, çox az hallarda istisna olaraq müştərinin yalnız ofis telefonu olur , elektron poçt ünvanı isə məlum olmur. Mağazanın belə vəziyyətdə nə edəcəyi bilinmr. O sözlərinə əlavə edir ki, hazırda qanunvericiliyə digər dəyişikliklər də edilir və burada elektron qəbzlə məhdudlaşma imkanı təklif edilir.

İTŞA(İnternet-ticarət Şirkətləri Assossasiyası)-nın məlumatına görə, kuryerin müştəriyə  kağız və elektron qəbz təqdim etmək kimi texniki imkanının olduğu vaxtlarda, maliyyə daşıyıcılarına, proqram təminatı yenilənməsinə abunə olmağa, maliyyə məlumatları operatoruna qoşulmağa və həmçinin kassa avadanlığının alınmasına xərc çıxırdı. Bir kassa aparatının saxlanmasına ildə 10 min rubl xərclənir, hissələrininəldə edilməsi isə 15 min rubl-a başa gəlir. “Юлмарт” şirkətinin dəyərləndirməsinə görə, qanunvericilikdə dəyişiklik edilməsi 60-a yaxın kassa aparatı olan şirkətlərin xərclərinin ildə 1,5-2 milyon rubl-a qədər azalmasına gətirib çıxaracaq.

İTŞA belə hesab edir ki, onlayn-mağazalardan məhsul çatdırılmsının dəyəri 5-10% -ə qədər enə bilər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...