Bu “Facebook”,”WhatsApp” və “Instagram”-a aiddir.
“Huawei” sahibləri Google Play-dən “Facebook” tətbiqlərini yükləyə və yeniləyə biləcəklər, lakin Çin şirkətinin yeni smartfonlarında artıq öncədən “Facebook”, “WhatsApp” və “Instagram” quraşdırılması olmayacaq.
“Huawei” həm də əvvəlcədən öz telefonlarına “Twitter” və “Booking.com” tətbiqlərini yükləyir. Bu şirkətlərin nümayəndələri jurnalistlərin suallarını cavablandırmayıblar.
2019-cu ilin 16 mayında ABŞ Ticarət Nazirliyi “Huawei”-i qara siyahıya salıb və şirkətə, xüsusi icazə olmadan amerikan şirkətlərindən avadanlıq və proqram təminatı almağa qadağa qoyub.
Mənbələrin açıqlamasına görə, şirkətlərlərlə əməkdaşlıqdan “Google”, “Intel,Qualcomm” və digərləri imtina edib. “Google”-la olan problemə görə, Çin istehsalçısının yeni smartfonlarında Google Play-ə giriş olmaya bilər.
Mayın 21-də “Huawei” 2019-cu ilin 19 avqustuna kimi ölkədə işləməklə bağlı müvəqqəti icazə əldə edib. Bu, ABŞ-da smartfonlar və digər cihazlar üçün yenilənmələr buraxmağa imkan verir. Bundan başqa şəbəkə xidmətləri və telekommunikasiya avadanlıqları da təqdim edir.