Komputer 28 nüvəli və 1,5 TB əməli yaddaşa malik olacaq.
WWDC 2019 işçiləri üçün olan konfransda “Apple” yeni “Mac Pro” komputerini təqdim edib. Axırıncı dəfə şirkət cihazı 2013-cü ildə yeniləyib.
Texniki göstəriciləri:
Onun 28 nüvəli modulu olan Intel Xeon prosessoru var və o, 300 Vatt gücə, soyutma sisteminə malikdir, bu da ona tam gücü ilə işləməkdə kömək edir. 1,5 TB əməli yaddaşı var.
Videokart üçün dörd slotu var. Ümumi gücü 58 teraflops olan dörd AMD Radeon Vega Pro kartı yerləşdirmək mümkündür. Onlar eyni vaxtda 4k dəstəkli 12 yayımlama həyata keçirməyə imkan verirlər.
İki USB-C portu, iki USB-A portu və audiojack qulaqcıq keçiricisi var.
Kompyuterə hərəkət etdirici təkərlər bağlamaq mümkündür.
“Mac Pro”-nun satışı 2019-cu ilin payızına planlaşdırılır. Səkkiznüvəli prosessor, 32 GB əməli yaddaş, 256 GB-lıq SSD-keçirici və Radeon Pro 580X videokartı ilə ilkin konfiqurasiyada bu kompyuter 5999 dollar olacaq.
“Apple” həmçinin, HDR dəstəkli, 32 dyüm diaqonallı Retina 6K monitorunu təqdim edib. O, 4999 dollara başa gələcək, dayaq altlığı isə 999 dollardır.