Moskvada təmir üçün verilən Çin smartfonlarının payı, təmirə verilən bütün brendlər arasındakı payı il ərzində 17%-dən 27%-ə qədər artıb.
Bu haqda “Kommersant” nəşri elektron məhsulların xidmət aqreqatoru “Çudo Texnika”nın ( Moskva Şəhər İcra Hakimiyyətinə daxildir) 2019-cu iin aprel məlumatlarına istinadən yazıb. Moskvada təmirə verilən məhsullar arasında “Apple”in payı 33%-dir o bu göstərici ilə o 1-ci olub.
İkinci yerdə isə “Samsung” (18%) dayanır. Son illər ərzində Çin brendlərinin təmiri sürətli bir şəkildə artıb. ( 27% bir öncəki 17% ilə müqayisədə). Hesabatda Çin markaları arasında birinci yeri Xiaomi (12%) və Huawei (9,6%) tutur. Ən çox təmirə verilən Çin markaları arasında Huawei Nova 2, Honor 8, Xiaomi Redmi Note 4 və Redmi 4X yer alır.
“Apple”da ən çox təmir olunan smartfon modelləri Apple — iPhone 6, 5S, 5 və 6S, Samsung-da isə — A5, S3 və A3-dir.
“Bu, məhsul xətləri 5-7 il bundan öncə buraxılanlardır. Görünən odur ki, bu məhsullar vətəndaşlar arasında geniş yayılıb”, – deyə “Çuda Texnika”nın rəhbəri Olesya Kuzmin deyib.
“Ekranın təmir olunması bu smartfon təmirində ən geniş yayılmış olanıdır. Çin məhsullarında bu hal orta səviyyədə baş verir- 56%, Apple-da 34%, “Samsung”da isə 32%-dir”, – deyə hesabatda qeyd olunur.
“Apple” smartfonlarında tez-tez müşahidə olunan hadisə batareyanın dəyişdirilməsi, digər brendlərdə isə (Samsung-da 17% 30%-ə qarşı və 14% Çin istehsalçılarındadır).
“Samsung” məhsullarının alıcıları isə təmirə korpusun sınması halı ilə müraciət edirlər. (Apple-da 7%-ə 20%-ə qarşı, Çin brendlərində isə 9%-dir)
“Satışdan sonrakı müraciətlər bazarda ağıllı telefonlara olan tələbini əks etdirir. Rusiyada populyar brendlərin TOP 5-liyinə Samsung, Apple, Huawei, Honor, Xiaomi daxildir. Tamamilə gözləniləndir ki, ən çox müraciətlər onlardan olur”, – deyə “M.Video-Eldorada”dan deyiblər.
“Xiaomi və Huawei-in təmirdə payının artması isə, son illərdə bu markaların bazarda artımı ilə bağlıdır”, – deyə Content Review-in rəhbəri Sergey Polovnikov deyib.