“Forbes” jurnalına görə, 11 avtomobil brendi “Dünyanın ən bahalı 100 brendi” illik reytinqinə daxil olub. Artıq altıncı dəfədir ki, ardıcıl olaraq “Toyota” ən çox satış edən avtomobil istehsalçısıdır.
“Toyota” 9-cu yeri tutur və top 10-luqda yeganə avtomobil brendidir. Ondan səkkiz pillə aşağıda (17-ci yer) rəqibi “Mercedes-Benz” gəlir. “Forbes”-də deyilir ki, yapon brendi 44,6 milyard dollar dəyərləndirilib ( keçən illə müqayisədə heç bir dəyişiklik olmadan), gəliri isə 190,8 milyarddır. Alman markasının göstəriciləri isə buna müvafiq olaraq 33,2 milyard ( 2018-ci illə müqayisədə dəyəri 3% enib) və 125,9 milyarddır.
Reytinqə daxil olan digər 9 avtomobil:
- BMW (21-ci yer) 29,8 milyard dollar dəyərləndirilib (–5%) və gəliri 91,5 milyard dollardır;
- Honda (28) — 25,8 milyard (1%) və 134,9 milyard;
- Audi (41) — 14,2 milyard (–4%) və 61,9 milyard;
- Ford (48) — 13 milyard(–8%) və 152,7 milyard;
- Porsche (62) — 11 milyard (1%) və 30,4 milyard;
- Chevrolet (63) — 19,7 milyard (–7%) və 80,6 milyard;
- Lexus (72) — 9,6 milyard (1%) və 23 milyard;
- Nissan (81) — 8,9 milyard (–6%) və 97,2 milyard;
- Hyundai (94-е) 8,1 milyard (–8% к 2018 году) və 88 milyard dollar.
İllərə görə dəyişiklik baxımından ən yüksək göstərici “Amazon”un dəyərində qeydə alınıb – +37%, “H&M”-də isə ən uğursuz göstərici olub: -12%