Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Səudiyyə Ərəbistanın “Daal Venture Capital” şirkəti arasında memorandum imzalanıb.
Memorandum nazirlik və şirkətin birgə startaplarla bağlı fond yaratmasını nəzərdə tutur. Fond Azərbaycandakı startaplara investisiya ayıracaq. Bu Fond tək Azərbaycan deyil, gələcəkdə region ölkələrinin startap layihələrinə də investisiya ayıracaq. Bu da Azərbaycanı bu sahədə regional haba çevirəcək.
Tədbirdə o da qeyd edilib ki, “Daal Venture Capital” sabah ilkin mərhələdə Azərbaycanda ən azı 4 startap layihəsinə fonddan kənar investisiya ayıracaq.