Talassemiya Mərkəzi talassemiyanın müalicəsi və profilaktikası üzrə altı şirkətlə səkkiz müqavilə imzalayıb. Dövlət satınalmaları reyestrinə əsasən, bu məqsədlər üçün dövlət büdcəsindən 8 milyon 545 min 408 manat və ya 5 milyon ABŞ dolları xərclənəcək.
Dərman, sarğı materialları, reagent, diaqnostik vasitələr, tibbi təchizat və s alınması üzrə tender mart ayında baş tutub.
Müqavilələrin imzalanması barədə “Talassemiya Mərkəzi” publik hüquqi şəxsi mayın 29-da məlumat verib. “Avromed Company” QSC ilə ümumi dəyəri 7 milyon 665 min 211 manat olan üç müqavilə bağlanıb. “Spektr Med”, “Labservis Ltd”, “Albatros Helt Keyr”, “Facet” və “Şəfahət” şirkətləri də Talassemiya Mərkəzinin təchizatçısı olub.