“Yahoo” korporasiyası artıq mayın 30-u öz kriptovalyuta birjasını təqdim edəcək.
Bu barədə Cointelegraph-a istinadən “Сегодня” xəbər verir.
Başlanğıc mərhələdə meydança öz müştərilərinə bitkoinlə və Ethereum-la ticarət imkanı verəcək. bundan əlavə istifadəçilər Litecoin, XRP və Bitcoin Cash kimi marjinal ticarət də istifadə edə biləcəklər.
Xatırladaq ki, “Yahoo Japan” keçən il BitARG Tokio birjasından 40% aksiya əldə edib və buna əsasən öz ticarət meydançasını buraxmağı planlaşdırır. Bildirilib ki, əməliyyatın məbləği 2 milyard yen ( 18 milyon dollardan çox) olub.
“Yahoo”-dan başqa digər yapon şirkətləri də özlərinin kriptovalyuta ticarət platformalarını buraxacaqlar. Məsələn,”Viber” messencerinə sahib “Rakuten” riteyl-nəhəngi apreldə, buraxılışı iyuna nəzərdə tutulan öz kriptobirjasının potensial istifadəçilərinin qeydiyyatına başlayıb.