AZAL-ın 3 əməkdaşı sərnişinin şəxsi məlumatlarını paylaşdığı üçün işdən çıxarılıb
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.
Bununla bağlı məlumatı AZAL yayıb.
Bildirilir ki, qurum bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyir.
Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderlərin məlumatlarını yaymışdı. Nazilə Muradova adlı şəxs özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.