“Uber” şirkəti Avstraliyanın “Tourism Queensland” şirkəti ilə əməkdaşlıq edərək ilk sualtı taksi buraxıb.
Bu barədə xidmətin saytında açıqlama verilib.
“scUber” adını almış bu qeyri-adi taksinin xidmətlərindən müştərilər 27may-28iyun 2018-ci il tarixlərində istifadə edəcəklər. Onlara Böyük Sədd rifi boyunca səyahət təklif ediləcək.
Şirkətdə bildiriblər: “ Bu unikal təcrübə müştərilərə sualtı Avstraliya ikonunun filtr edilməmiş görüntüsünə baxmağa imkan yaradacaq.Onlar məhdud zaman ərzində dünyanınən iri ekosisteminə eksklüziv baxış əldə edəcəklər, belə ki, bu ekosistem dəniz həyatı ilə zəngin, xoş sualtı təəssüratlar oyadan bioloji rəngarəngliklər meydanı kimi məşhurdur”.