Dəyişdirilmiş reytinqdə yeni lider bəlli olub. Bura əsasən ameriakan ölkələri daxil edilib.
“Deutsche Bank”-ın araşdırmasına istinadən Bloomberg xəbər verir ki, ekspertlər dünya üzrə əhalinin ən yüksək əmək haqqı aldığı ölkələrin adını açıqlayıb.
İlk yeri San-Fransisko tutub. Şəhər bu siyahıda ilk dəfədir ki birincidir. Vergi silinməsinə görə, San-Fransiskoda orat əmək haqqı ayda 6,52 min dollar təşkil edir.
Əvvəllər birincilik Sürix şəhərində olub, belə ki orada aylıq orta əmək haqqı San-Fransiskodakına nisbətən 400 dollar olub.
Siyahıda üçüncü yeri aylıq 4,6 min dollar göstərici ilə Nyu-York, dördüncü yeri Boston ( 4,28 min), beşinci yeri isə Çikaqo ( aylıq 4,06 min dollar ) tutur.
İlk onluqda həmçinin, London, Sidney, Oslo, Kopenhaqen və Melburn da var. Ukraynada isə Avropada ən az maaş göstəricisi hesaba alınıb – 2018-ci il üzrə aylıq gəlir 277 avro olub.