Onun dəyəri artıq 1 milyon dolları ötüb.
Çindən olan rəssam Guo O Dong öz “Persistence of Chaos” (“Xaosun davamlılığı”) səsnət əsərinin satışı üçün auksion təşkil edib. Bu əsər altı “ ən təhlükəli” komputer virusuna yoluxmuş noutbukdur.
“Samsung” un komputeri WannaCry, ILOVEYOU, MyDoom, SoBig, DarkTequila və BlackEnergy viruslarına yoluxub. Bu virusların vurduğu ümumi iqtisadi zərəri rəssam 95 milyard dollar qiymətləndirib.
The Verge mətbuatı açıqlama verib ki, noutbuk, Wi-Fi-a və ya USB vasitəsilə istönilən digər bir cihaza qoşulmadığı halda onun sahibi və məlumatlar üçün təhlükəsizdir.
Auksion 27 may tarixində başa çatacaq. Qeydlər aparıldığı zaman son əməliyyatın dəyəri 1,2 milyon dollardan çox olub.