“Stolze” şirkəti Azərbaycanda dəyəri 3 mln avroluq layihələrdə iştirak edə bilər

Date:

Paylaş:

“Niderland Krallığının istixana bağçılığı ilə məşğul olan “Stolze” şirkəti növbəti ildə Azərbaycanda dəyəri 3 milyon avro olan layihələrdə iştirak edə bilər”.

Bunu “Stolze” Qrupunun sahibi Teo Stolz (Theo Stolze) bildirib.

Onun sözlərinə görə, sözügedən məbləğ dəyərində layihələrin reallaşdırılmasına növbəti ildən başlanıla bilər:“Azəbaycanda müxtəlif şirkətlərlə əməkdaşlıq edirik”.

Şirkət rəsmisi, həmçinin əlavə edib ki, Rusiya, Özbəkistan və digər ölkələr ilə də əməkdaşlıqları mövcüddur: “Əməliyyatlarımızın 10%-ı Azərbaycanladır”.

Xatırladaq ki, “Stolze” şirkəti 1969-cu ildə təsis edilib və istixana bağçılığı sahəsində fəaliyyət göstərir. “Stolze” şirkəti istixana bağçılığı və digər müvafiq sənaye müəssisələri üçün bir çox milli və beynəlxalq layihələr həyata keçirib. İxtisas sahəsi avtomatlaşdırma, istilik, işıqlandırma, suvarma və yüksək təzyiqli sisləmə sistemləri, CO2 özündə birləşdirib. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...