“Revolut”-un eston əsilli rəqibi Avropanın ən bahalı maliyyə-texnologiya startapı olub

Date:

Paylaş:

Estoniyalılar tərəfindən yaradılmış “TransferWise” pul mübadiləsi xidməti 3,5 milyard dollar dəyərləndirilib.Bu onu Avropa qitəsində ən bahalı maliyyə -texnologiyası stratapı edir.

“Transferwise” pul köçürməsi xidməti çərşənbə günü məlumat verib ki, 292 milyon dollar həcmində əlavə maliyyə cəlb edib və 3.5 milyard dollar  dəyərləndirilib.2011-ci ildə iki eston tərəfindən yaradılan “Transferwise” tətbiq və saytlar işləyib hazırlayıb və bunun köməyi ilə istifadəçilər aktual valyuta kursu ilə xaricə pul köçürməsi həyata keçirə bilirlər. “Transferwise” valyuta mübadiləsi və transsərhəd köçürmələri sahəsində inqilab etməyə nail olub və bu, şəffaf qiymət dəyərləndirməsi və adətən banklar tərəfindən yığılan markaların və komissiyaların aradan qaldırılması sayəsində baş tutub.

İki eston beynəlxalq pul köçürmələri üçün “Skype”-ı necə yaradıb

2017-ci ilin sonunda maliyyələşmə raundu vaxtı şirkətin 280 milyon dollar cəlb etməsindən sonra, onun  dəyəri investorlara görə, iki dəfə artdı. Şirkətlər tərəfindən cəlb edilən investisiyaların ümumi məbləği 689 milyon dollardır.

Hal-hazırda “Transferwise”-in dünya üzrə 5 milyon müştərisi var və  aylıq olaraq 5 milyard dollar köçürmə həyata keçirib. 12 ofisində 1600 əməkdaşın işlədiyi şirkət  təsdiqləyir ki, illik müştərilərə 1 milyard libra bank komissiyasından qənaət edir.

Transferwise , şübhəsiz ki, Western Union kimi şirkətləri , həmçinin aparıcı bankları narahat edir.Currencycloud  və “Revolut” kimi startaplarla rəqabət aparan “Transferwise” bildirib ki, daha çox pulu balansa qoymağı planlaşdırır və təsdiq edir ki, indi o, əlavə kapitala ehtiyac duymur. Bunun əvəzində o, əməkdaşlara və investorlara öz aksiyalarının hissələrini satmaq imkanı verir.

“İnkişafa davam etmək üçün bizə əlavə kapital qoyuluşu lazım deyil, lakin bizim missiyamıza qoşulmaq istəyənlərin sayı bizi çaşdırdı. Bu raund, belə investorlara şirkətdə pay almağa imkan verir və eyni zamanda lap əvvəldən bizimlə qalan  tərəfdaşları mükafatlandırır” – deyə, Transferwise-ın qurucusu və baş direktoru Cristo Kaarman bildirib.

2018-ci ilin martında bitən maliyyə ili ərzində Transferwise 7.9 milyon dollar həcmində xalis mənfəət qeydə alıb, onun gəliri isə, iki dəfə artaraq 148 milyon dollara çatıb.

Gref və Tinkoff-u heyrətə gətirən startap. Moskva fiziki-texniki institutunun məzunu 4 ilə 1 milyard dollarlıq biznesi necə qurub

3,5 milyard dollarla “Transferwise”, Britaniyanın 2,8 milyard dollar dəyərləndirilən  borclu OakNorth kompaniyasını ötüb keçdi. Sonuncu raund ərzində yeni investorlar sırasına “Lead Edge Capital”, “Lone Pine Capital” və “Vitruvian Partners” daxil olublar. “Facebook” və “Airbnb” kimi şirkətlərə yatırım edən  Andreessen Horowitz və “Baillie Gifford” idarəçi şirkəti kimi əvvəlki investorlar öz paylarını artırıblar, BlackRock isə onun idarəsi altında olan məbləğin yarısına yatırım edib.

“Dünya daha şəffaf biznesə doğru gedir və biz də bunda iştirak etmək istəyirik. Beynəlxalq pul köçürmələri trilyon dollarlar həcmində bazarı özündə əks etdirir və hələ də onun özərində süni şəkildə qiymətləri qaldıran və köçürmə sürətini azaldan banklar hökmranlıq ediblər. “Transferwise” hər şeyi dəyişdi” – deyə, “Lead Edge Capital”-ın baş direktoru Nimai Mehta bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...