ABŞ-ın restoranlardan yemək çatdırılması həyata keçirən “DoorDash” startapı son maliyyələşmə raundu çərçivəsində 600 milyon ABŞ dollar cəlb edib.
Bununla da servisin dəyəri 12,6 milyard dollara çatıb.
2014-cü ildə təsis edilən “DoorDash” yalnız ABŞ və Kanada bazarlarında çalışır. Fəaliyyəti dövrü ərzində şirkət toplam olaraq 2 milyard dollar investisiya cəlb edib.