Bu həftə dünyada “Atom Power” şirkətinin mütəxəssisləri tərəfindən kommersiya istifadəsi üçün hazırlanmış ilk və hələ ki yeganə rəqəmli avtomatik çevirici sertifikatlaşdırılıb. Yeni cərəyankəsicinin sürəti mexaniki analoqla müqayisədə 3000 dəfə daha sürətlidir.
Şirkətin mütəxəssisləri çoxsaylı ayrı mənbədən daxil olan enerji axınlarını idarə etmək üçün yarımkeçirici və proqram təminatından istifadə olunan rəqəmli çeviricilər infrastrukturu işləyib hazırlayıblar. Müasir rəqəmli platforma daxil olan axınları bir intellektual qurğuda birləşdirir və vəziyyətdən asılı olaraq onları idarə edir.
Enerji istehlakının idarəetməsi üzrə çatışmazlıqlar ildə on minlərlə qəzaya səbəb olur. Rəqəmli çeviricilər yüksək təhlükəsizlik səviyyəsi təmin etməklə 100.000 A/san-də nəhəng elektrik axınının öhdəsindən gəlmək gücündədir.