Rusiyada məşhur avtomobil zavodunun baş direktorluğuna azərbaycanlı gətirildi

Date:

Paylaş:

Rusiyada fəaliyyət göstərən “Ford Sollers” birgə müəssisəsinin prezidenti və baş direktoru Adil Şirinov “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun Baş direktoru təyin olunub. O, bu vəzifədə “Sollers”in əsas sahibi və Baş direktoru Vadim Şvetsovu əvəz edib.

Bu məlumatı təsdiqləyən “Sollers” şirkətinin nümayəndəsi A.Şirinovun “Ford Sollers” BM-nin də rəhbərliyində qalacağını bildirib.

V.Şvetsov isə A.Şirinovu “Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biri” kimi dəyərləndirib.

“Zəngin əməli təcrübəsi, peşəkar səriştəsi sayəsində Ulianovsk Avtomobil Zavodundakı biznes fəaliyyətinin yüksək keyfiyyət standartlarının və səmərəsinin artacağına şübhə etmirəm”, – “Sollers” rəhbəri vurğulayıb.

Qeyd edək ki, 1999-2002-ci illərdə “Foerd Motor Company”də çalışmış 1964-cü il təvəllüdlü A.Şirinov “Sollers”dən əvvəl “RusPromAuto” ASC-də satınalma direktoru vəzifəsində işləyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...