“Forbes” Rusiyalı milyarderlərin ən zəngin varislərinin illik reytinqini tərtib edib.
Rusiyanın ən zəngin sahibkarlarının varislərinin reytinqinə 20 ailə daxil olub.
Ailədə hər bir uşağa ən azı 2,3 milyard dollar düşür. Siyahıya milyarderlərin 48 uşağı daxil olub. Onların varislikdən əldə edəcəkləri ümumi məbləğ isə 238 milyard dollardır.
Dördüncü il ard-arda “Lukoil” prezidentinin yeganə oğlu Yusif Ələkbərov reytinqə başçılıq (21,8 milyard dollar) edir. Ən çox varisi olan milyarder isə “Severstal” şirkətinin rəhbəri Aleksey Mordaşevdir.
Onun 3 həyat yoldaşından cəmi 6 uşağı var. Hər bir uşaq varislikdən təxminən 3,5 milyard dollar ala bilər.