Amerikan startapı “Agility Robotics” və “Ford”, göndərişləri qapıya çatdıran ikiayaqlı rorbotu sınaqdan keçirirlər

Date:

Paylaş:

Şirkətlər hesab edirlər ki, bu yarımçıq qalan problemlərin həllinə kömək edəcək.

Amerikan startapı “Agility Robotics” və “Ford Motor” ikiayaqlı robotlar vasitəsilə  çatdırılmanı testdən keçirirlər – onlar pilotsuz avtomobillərdə evlərə gedəcək və sonra göndərişi qapıya qoyacaqlar. Bu barədə “Ford” açıqlama verib.

Testin 2020-ci ilin əvvəlində ABŞ-da keçirilməsi nəzərdə tutulub. Testdə  “Ford”-un 100 pilotsuz avtomobilindən istifadə ediləcək.

Şirkət, işıq radarı və bir neçə stereokamera ilə təchiz olunmuş Digit robotunu test edəcək. O 40 funta qədər ( 18 kq-a yaxın ) ağırlıqda olan yükü qaldırır və özü də pilləkənləri qalxıb-enə bilir, nahamr ərazidə hərəkət etmək qabiliyyətinə malikdir və maneələrə rsat gəldikdə isə müvazinətini itirmir.

Yol boyunca robot baqajda yığılmış vəziyyətdə olur. Pilotsuz avtomobil mənzil başına çatanda isə Digit-ə ərazinin detallı xəritəsini və həmçinin, yoldan evə qədər ən yaxşı yol xətti barədə məlumatı ötürür.

Robot maneəyə rast gələrsə bu məlumatları avtomobilə geri qaytara bilər. Maşın öz sistemindən kömək alır və robot üçün yolu təyin edir.

Bu layihəsini “Ford”, robotaksi kommersiya xidməti ilə birlikdə, 2021-ci ildə istifadəyə verməyi düşünür. Bu barədə Bloomberg yazır.

“Agility Robotics”  2015-ci ildə ABŞ-da yaradılıb. Şirkət ikiayaqlı robotlar istehsalı ilə məşğuldur.Yarandığı vaxtdan 8 milyon dollar investisiya cəlb edib.

https://youtu.be/WHWciIxNK2c

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...