Brazilyanın kosmetika istehsalçısı “Natura Cosmeticos” “Avon”un 76%-lik səhmini alıb.
Saziş haqqında məlumat mayın 22-də verilib və kompaniyanın dəyəri 2 milyard dollar qiymətləndirilir.
“Natura” yalnız beynəlxalq bölmədə pay alacaq bu isə şirkətə Asiya, Avropa, Latın Amerikası bazarlarını inkişaf etdirməyə imkan verəcək. Şimali Amerikada “Avon”un bölməsi 3 il əvvəl ayrı biznesə çevrilib. Belə ki, aprel ayında onu “LG Household & Health Care” 125 milyon dollara əldə etmişdi.
Bildirək ki, daha əvvəl “Avon” 100 milyon dollar dəyərində zərəri kompensasiya etmək üçün 2300 əməkdaşı ilə yollarını ayırmışdı. Şirkətin biznes-modeli birbaşa satışlara yönləndirilib, ona görə də kompaniya rəqiblərin onlayn satış bazarında hegemonluğuna tab gətirə bilmədi.
“Natura Cosmeticos” Braziliyalı milyarder Antonio Luis Seabraya aiddir. Kompaniya nümayəndələr vasitəsilə öz məhsullarını dünyanın 70-dən çox ölkəsində satır.
“Avon”un əsası 1886-cı ildə Amerikada qurulub. Rusiya bazarında isə şirkət 1992-ci ildə təqdim edilib. Bu gün şirkət özündə şəxsi istehsalatı, çatdırılmaların zəncirini, paylanmanı (distribusiya) marketinq və satışı birləşdirir.