Qərb dünyasının tarixində ən varlı şəxsinin adı məlum olub

Date:

Paylaş:

Amerikalı iqtisadçı Samuil Uiliamson məşhur neft sahibkarı və xeyriyyəçisi Con Rokfelleri (John Rockfeller) Qərb dünyasının tarixində ən varlı şəxs olduğunu bildirib.

Bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Xatırladaq ki, XIX əsrin sonu – XX əsrin əvvəlləri Rokfeller 1,5 mlrd. dollar, yəni hazırkı hesabla 26 mlrd. dollaradək varidat toplamışdı ki, bu da onun vəfat etdiyi 1937-ci ildə ABŞ iqtisadiyyatının 1,6%-i deməkdir. Bu nisbətlə onun var-dövləti müasir dünyanın ən zəngin iş adamı olan “Amazon” online satış mərkəzinin sahibi, maliyyə ehtiyatları 117 mlrd. dollar məbləğində hesablanan Ceff Besosunkunu 3 dəfəyədək üstələyir.

Keçmişdəki zənginlərin müasir iş adamlarından daha varlı olduğu qənaətində olan S.Uiliamson ayrı-ayrı tarixi dövrlərə aid böyük şəxsi sərvətləri gəlirlə ÜDM arasındakı nisbət əsasında müqayisə edib. Bu hesabla polad sənayeçisi Endrü Karneginin varidatı hazırkı “məzənnə” ilə 300 mlrd. dollara yaxın, XIX əsr dəmir yolu sahibkarı Kornelius Vanderbiltinki  200 mlrd. dollar məbləğində olardı. Habelə Spartak üsyanını yatırmaqla tarixə adını yazdıran məşhur Roma sərkərdəsi Markus Lisinius Krassus bu günün pulu ilə hesablandıqda 210 mlrd. dollarlıq varidat sahibi olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...