Alimlər qidaların yeni nəsil qablaşdırılması üzərində işləyirlər

Date:

Paylaş:

Amerikanın Kornell Universitetinin diyetoloq-alimləri smartfon istifadə edənlər üçün ərzaq məhsullarına yeni nəsil qablaşdırma hazırlayırlar. İlk növbədə, söhbət süd  üçün olan paketlərdən gedir, lakin qablaşdırma digər məhsullar üçün də istifadə oluna bilər. Araşdırmaçıların əsas məqsədi istifadə müddəti haqqında məlumatla bağlı problemi həll etməkdir.

Ənənəvi olaraq, süd qablaşdırmalarında istifadə tarixi göstərilir. Hər şeydən əvvəl, məhsulun israf oluna biləcəyi tarixi deyil, maksimum keyfiyyət müddətini göstərir. Lakin istehlakçılar, tez-tez bu göstəricini südün yalnız istifadə müddəti kimi qəbul edirlər. Buna keyfiyyət müddəti kimi baxmırlar, baxmayaraq ki, istifadə müddəti bitsə də məhsul həlı də istifadəyə yararlı olur.

Alimlər belə hesab edirlər ki, bütün bu müddətlər qeyri-dəqiqdir, buna görə də gələcəkdə onlar daha inkişaf etmiş alternativlə əvəz olunmalıdırlar. Nəzərə alınan variantlardan biri də QR kodlardır, onlar dəqiq bitmə müddətini və süd barədə digər vacib məlumatları, həmçinin südün alındığı ferma, işlənməsi və qablaşdırılması edilən zavod və s. özündə daşıyır.

Gələcəkdə olacaq  qablaşdırma süd məhsulunun, onun istifadə müddətinə təsiri ilə əlaqələndirilən temperaturu ilə bağlı məlumatları da özündə əks etdirəcək. Bütün bu məlumatlar, istehlakçı üçün  mobil tətbiq vasitəsilə işlək olan, məhsulun keyfiyyətinin aktual dəyərləndirilməsi üçün bir yerə gətiriləcək.

Yeni texnologiya pərakəndə satıcılar üçün də faydalı olmalıdır. Onlar bu və ya digər məhsulu nə qədər müddətə kimi istifadə edə bilmələrini anlamq üçün  dəqiq məlumatlardan istifadə edə bilər, həmçinin, məhsulun hazırki keyfiyyətindən asıl olaraq qiymətini dinamik dəyişə bilərlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...