“Ford” şirkəti İngiltərədə 550 işçisini ixtisar edəcək.
ABŞ-ın avtomobil istehsalçısı “Ford” İngiltərədə 550 işçisini ixtisar edəcəyini açıqlayıb.
Şirkət Avropadan ümumilikdə 7 min işçinin ixtisara salınacağını, bunlardan 550 nəfərin İngiltərənin payına düşəcəyini bildirib.
Şirkətin Avropada və ABŞ-da xərcləri azaltmaq üçün işçiləri ixtisara salacağı və bununla da 600 milyon dollar qənaət edəcəyi gözlənilir.