Çin smartfon istehsalçısı ABŞ-ın Ticarət Nazirliyi tərəfindən qara siyahıya alınıb.
Bloomberg-in verdiyi məlumata görə, “Intel”, “Qualcomm”, “Xilinx” və “Broadcom” çip istehsalçıları “Huawei” ilə əməkdaşlığını dayandırıblar.
2019-cu il mayın 20-də Reuters mənbələri “Google”-un Android və Google Play-də “Huawei” ilə əməkdaşlığını qismən dayandırdığını bildirib. Eyni məlumat Bloomberg-in öz qaynaqları tərəfindən verilmişdir.
Amerika şirkətlərinin bu hərəkəti, “Huawei” -in ABŞ-ın Ticarət Nazirliyi tərəfindən “qara siyahıya” əlavə olunması ilə bağlıdır. “Huawei” vəkilləri 17 may günü ABŞ Ticarət Nazirliyinin sanksiyalarının təsirini araşdırdıqlarını və şərh verməkdən imtina etdiklərini söyləyiblər.
Bloomberg-in sözlərinə görə, “Huawei”-in ABŞ bazarında fəaliyyətinə maneə törətmək, “Micron” da daxil olmaqla yerli çip istehsalçılarının biznesinə və dünyada 5G şəbəkələrinin inkişaf elətdirilməsi sürətinə təsir edəcək.