Bir qəpik xərcləmədən 20 min kilometr gedəcək avtomobil hazırlayıblar

Date:

Paylaş:

Bir qəpik xərcləmədən ildə 20 min kilometr yürüş edəcək avtomobilinizin olmasını istərdinizmi? Artıq belə bir avtomobilin, daha dəqiq desək elektromobilin mpvcud olduğunu bildiririk. Bir qrup iddialı holland mühəndisləri günəş eneriji ilə qidalanan elektrokarı hazırladıqlarını bəyan ediblər.

Lightyear startapı Eyndhovendəki Texniki universitetin məzunları tərəfindən yaradılıbddır. Bu layihədə çalışan komandanın üzvləri vaxtı ilə Tesla və Ferrari kimi iri şirkətlərdə çalışmış şəxslərdir. Startapı yaradanların aktivində günəş batareyaları ilə hərəkət edən nəqliyyat vasitələrinin yarışmasındakı qalibiyyət də vardır. Çox güman ki, mühəndislər sahib olduqları texnologiyalardan və yarışmalarda əldə etdikləri təcrübədən istifadə edərək, günəş enerjisi ilə hərəkətə gələn sərfəli elektrokar hazırlamaq qərarına gəliblər. Lakin, bu elektrokar heç də ucuz olmayacaqdır.

Yeni elektrokar barədə texniki məlumat yoxdur. Lightyear şirkətindən Lightyear One adlandırılmış ilk potensial seriya layihəsinin elektromobillərin qarşılaşdığı iki böyük problemi həll etmək üçün yaradıldığını bildiriblər – yürüş məsafəsinin uzaqlığı və elektrik yükləmə imkanları. Elektrokarın enerji yükləmədən 400-800 kilometr arasında yürüş etmək imkanı verən batareyalar ilə təchiz ediləcəyi bildirilir. Üstəlik, Lightyear malik olduğu texnologiyaların, batareyanı rəqiblərinə nisbətən 2-3 dəfə daha yeyin doldurmağa imkan verdiyini iddia edir. Məsələn, 400 kilometr yürüş məsafəsini təmin edən batareyanı adi məişət elektrik mənbəyindən gecə boyu doldurmaq mümkün olacaqdır.

Lightyear One modelinin enerji effektivliyini onun konstruksiyası təmin edəcəkdir. Avtomobili ən yüngül materiallardan inşa etmək və onu unikal aerodinamika ilə təchiz etmək planlaşdırılır. Bundan başqa, güc aqreqatını misilsiz yüksək faydalı iş əmsalı ilə təmin etmək nəzərdə tutulur.

Lakin, elektromobilin ən başlıca xüsusiyyəti onun günəş batareyalarıdır. Hələlik, günəş enerjisinin hansı yolla elektrik enerjisinə çevriləcəyi barədə məlumat verilməyib. Bununla belə, Lightyear nümayəndələri One modelinin havayı enerji ilə ildə 20 min kilometr qət edəcəyini söyləyirlər. Bu isə, istismar xərclərinin sıfıra çatdırılması arzusundan xəbər verir.

Satış qiyməti 119 min avro olacaq elektrokarın istehsalına 2020-ci ildə başlanacağı bildirilib. Signature Edition seriyasından ibarət olan ilk 10 avtomobildən birini sifariş etmək üçün onun dəyərini tamamilə ödəmək gərəkdir. Növbəti 100 elektrokar Pioneer Edition təchizat səviyyəsinə malik olacaqdır. Lightyear One modelinin baza versiyanı sifarış etmək üçün 4000 avro beh vermək tələb olunur.

Şirkət bu layihə üçün 15 milyon avro sərmayə cəlb etdiyini və 100 avtomobilə öncədən sifariş topladığını bildirib. İlk “canlı” Lightyear One modelinin təqdimatı 25 mayda Hollandiyada keçirilməlidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...