Növbəti nəsil atom saatı yaradılır

Date:

Paylaş:

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom saatı üçün əsas olacaq texnologiyanı nümayiş etdiriblər.

Məlumata görə, mikrosxemli yeni saatın işi çip üzərində kiçik şüşə konteynerin (buxar dəliyi) içində olan rubidium atomlarının vibrasiyasına əsaslanır. Mikrosxemlərin iki tezlik darağı yüksəktezlikli optik atom vibrasiyasını mobil proqramlarda istifadə ediləcək daha aşağı mikrodalğalı tezliklə birləşdirən mexanizmlər kimi işləyir. Mikrosxemlərə əsaslanan yeni saatın “ürəyi” çox az (275 millivat) enerji tələb edir və qol saatına quraşdırılmaq üçün potensial baxımdan kompakt versiyada hazırlana bilər. Çip şəklində olan belə optik saat son nəticədə naviqasiya sistemləri və telekommunikasiya şəbəkələrində ənənəvi generatorları əvəzləyəcək, eləcə də peyklərin ehtiyat saatı qismində çıxış edəcək.

Mütəxəssislərin sözlərinə görə, yeni optik atom saatında bütün əsas komponentlər stabil əlaqədə olan və işləyən mikrosxemlərdən hazırlanıb. Mütəxəssislər qrupu texnologiyanın akkumulyatorla işləyən yeni nəsil kiçik azgüclü saat və portativ qurğuların hazırlanmasına zəmin yaradacağına ümid edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...