Amerikanın prezidenti Donald Tramp Ay və Marsın öyrənilməsi üçün NASA-ya əlavə 1,6 milyard dollar pul ayırmağa qərara gəlib.
Bu haqda o, özünün “Twitter” hesabı üzərindən yazıb.
“Biz NASA-nın mükəmməlliyini bərpa edirik və biz Aya geri qayıdırıq”, – deyə prezident yazıb.
Onun sözlərinə görə, amerikalı kosmonavtlar Aydan sonra, Marsa yola düşəcəklər.
Tramp vurğulayıb ki, ABŞ NASA-nın büdcəsinin artımı hesabına, daha böyük kosmosa qayıdacaq.
Daha əvvəl isə bildirilirdi ki, Tramp 2024-cü ilə qədər Aya yola düşməyi tələb edib.