Şəbəkədə, fıralanan ikiqat kamera ilə təchiz olunacaq yeni “ASUS” ZenFone 6 smartfonunun görüntüləri yayımlanıb.
Bu barədə GizmoChina yazır.
Smartfon ZenFone 6 çıxıntısı olmayan böyük displeylə təchiz olunub. Alt hissəsi adi haldan bir qədər qalındır. Telefonun yuxarı qalın panelində dinamiki görmək mümükündür.
ZenFone 6-da selfi üçün kamera yoxdur. Çünki, əsas ikiqat kameranın sensorları ekranı aşağı sürüşdürərək önə fırlana bilirlər. Arxa paneli barmaq izləri oxuyuusu ilə təchiz olunub. Arxasında həm də Tayvan şirkətinin adını da görmək mümkündür. Arxa şüşəsi 3D əyilən dizyna və dalğalanan teksturaya malikdir.
Deyilənə görə, fırlanan ikiqat kamera 48 meqapiksel əsas “Sony” IMX586 sensoru və 13 meqapiksel çox geniş obyektivlə təchiz olunub. Kamera modulu, onu yüngülləşdirən “maye metal”dan hazırlanmışdır.
Telefonun Quick Charge 4.0. sürətli enerjiyükləyici texnologiyasını dəstəkləyən 5000 mAh güclü batareyası olacaq. Yəqin ki, ZenFone 6 qara və gümüşü-mavi rənglərdə olacaq. ZenFone 6 ilə flaqman telefonu ZenFone 6Z-nin eyni dizayna malik olub-olmayacaqları barədə heç bir əsdiqləmə yoxdur.
Belə hesab edilir ki, smartfon 1080×2340 pikselli 6,3 dyümlük displeylə təchiz olunub və tərəflərinin ölçü nisbəti 19,5:9-dur. Ekranı Gorilla Glass 6 ilə qorunur. Smartfon Snapdragon 855 mobil platformasında işləyəcək. Bir neçə yaddaş variantları gözlənilir : 4 GB əməli yaddaş + 128 GB yaddaşda saxlama üçün, 8 GB əməli yaddaş + 256 GB yaddaşda saxlama üçün və 12 GB əməli yaddaş + 512 GB yaddaşda saxlama üçün.