İkiekranlı “HP” noutbukunda oyun zamanı “YouTube”a baxmaq mümkündür

Date:

Paylaş:

“HP” şirkəti güclü “Omen X 2S” oyun noutbukunu nümayiş etdirib. Yeni qurğu klaviaturanın yuxarı hissəsində yerləşən 6 düym diaqonallı yardımçı “Full HD” ekranla seçilir. İdeya ondan ibarətdir ki, istifadəçilər oynamaqla paralel şəkildə “Twitch” servisində birbaşa translyasiyaya və ya “YouTube”da tədris videoçarxlarına baxa, “Discord” çatında komanda üzvü ilə söhbət edə və ya prosessorun yükünü izləyə bilsinlər.

Bundan başqa, oyunçunun rahatlığı üçün ikinci displeydə oyunun bir sıra elementlərini göstərmək mümkündür. Burada, məsələn, böyüdülmüş şəkildə mini-kart və ya spidometri təkrarlamaq olar. Əlavə ekranı, həmçinin bütün digər proqramlar, o cümlədən brauzer dəstəkləyir.

Məlumata görə, əsas displey rolunda 144 QHs takt tezlikli 15 düym diaqonallı “Full HD” panel çıxış edir. Daha bahalı “Omen X 2S” modellərində tezlik yenilənməsi 240 giqahersədək, təsvir ölçüsü isə “HDR” dəstəkli “4K” formatınadək artırıla bilər.

Noutbukun əsas konfiqurasiyasına səkkiznüvəli “Intel Core i9” çipi, 32 giqabaytlıq operativ yaddaş və “Nvidia GeForce RTX 2080 Max-Q” qrafikası daxildir. Şirkət qurğu üçün məxsusi olaraq istiliyi tez qovan və sürəti 28 faizədək artırmağa imkan verən yeni maye metal soyutma sistemi hazırlayıb.

Qalınlığı 22 mm təşkil edən “HP Omen X 2S” noutbukunun akkumulyator tipi və tutumu barədə məlumat verilmir.

Noutbukun iyunda ABŞ-da 2100 dollar başlanğıc qiymətlə satışa çıxarılması nəzərdə tutulur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...