Şirkət həmçinin Google Shopping alış-veriş xidmətini də yeniləyib.
“Google” 2019-cu ilin sonları saytın mobil versiyasının əsas axtarış səhifəsində və smartfonlar üçün olan tətbiqdə reklam nümayiş etdirəcək. Bu barədə Reuters, şirkətə istinadən xəbər verib.
“Google” həmçinin özünün, yenilənmiş axtarış versiyası olan Discover şəxsi xəbər kanalında da reklam yerləşdirəcək. Bu Facebook üslubunda xəbər lentidir və onu vərəqləməklə istifadəçilər məqalələr, videolar və digər müvafiq məzmunlara aid linklər toplusuna baxa bilərlər. Funksiyadan bir ayda 800 milyondan çox adam istifadə edir.
TechCrunch-ın yazdığına görə, yenilədiyi Google Shopping ticarət xidməti saytında isə istifadəçilər məhsulları tapıb müqayisə edə və sonra da özlərinin “Google” hesabı vasitəsilə onları sifariş edə bilərlər.
Yeni xidmət, Google Shopping-i onlayn-ödəmə emalı xidməti Google Checkout və çatdırılma xidməti Google Express-lə birləşdirəcək. Universal alış-veriş səbəti 2019-cu ildən sonra Google Images və YouTube-a əlavə olunacaq.
Bloomberg vurğulayır ki, “Google” YouTube izləyicilərinə klip gedən zaman məhsul almağı təklif etməyi dəd planlaşdırıb. Şirkət satış komissiyası yaradacaq və gəlirini YouTube ulduzları ilə böləcək, lakin biznes-model hələ müzakirə olunur.