Onu hələ ki tapmayıblar, konteynerləri isə şəhər hökuməti küçələrdən yığışdırıb.
Amsterdama gələn turist Ben Speller bildirib ki, “Airbnb”-nin kirayə xidməti vasitəsilə mənzilini dəyişib, lakin məkana gələndə isə onu mənzil yerinə nəqliyyat konteyneri qarşılayıb.
Yerli qəzet At5 yazır ki, Speller “ayrıca hamamı olan təmiz otaq” üçün 134 avro ( 150 dollar) pul ödəyib. O, konteynerdə qalmayıb və oteldə nömrə sifariş etməli olub, “Airbnb” isə 134 avronu ona geri qaytarıb.
At5 jurnalistləri şəhərdə daha bir “yaşayış” konteyneri tapıblar. Əyalət orqanları qeyri-qanuni “evlər”in sahibkarını tapmaq və konteyneri başqa yerə aparmasını bildirmək üçün dəfələrlə ora gəliblər, lakin heç kimi tapa bilməyiblər. Bundan sonra hökumət orqanları konteynerləri küçələrdən yığışdırıblar və araşdırmalara başlayıblar.