“YouTube” qısa reklam çarxlarının hazırlanması üçün alət təqdim edib.
Adweek nəşri yazır ki, yeni alətin adı “Dubbed Bumper Machine” adlanır.
Yeni xidmət maşın öyrənmə texnologiyası sayəsində uzun videoda maraqlı anları seçir və onları qısa kontent kimi format edir.
“Dubbed Bumper Machine” istifadəçilərə 6 saniyədən ibarət bir neçə variant təklif edir. Bu reklamverənlər üçün kontentin ərsəyə gəlməsinə çəkilən xərcləri azaldır”, – deyə “YouTube”un məhsulların idarəedilməsi üzrə vitse-prezidenti Vişal Şarma deyib.
IAB-ın məlumatına görə, mobil video elanlar rəqəmsal medianın inkişafında əsas faktorlardan birini oynayır. Ötən il reklamın belə formatı “YouTube”a 69,9 milyard dollar qazandırıb.
Videohostinqin nümayəndəsi “Adwee”k nəşrinə deyib ki, maşın öyrənmə texnologiyasından istifadə reklamverənlər üçün vaxta qənaət etməyə və mobil auditoriyanın əhatə dairəsini optimallaşdırmağa imkan verəcək.
“Google” öz saytında şirkətlərin 6 saniyədən ibarət olan ən yaxşı çarxlarını seçib. Bunlar Samsung, Coca-Cola, Corona, Duracell və başqalarıdır.
https://youtu.be/qeT9nw9dfi8