ABŞ-ın Ali Məhkəməsi istifadəçiləri App Store-u məhkəməyə verməyə icazə verib – “Apple”-ın səhmləri 5%-dən çox ucuzlaşıb

Date:

Paylaş:

iPhone istifadəçiləri hələ 2011-ci ildə “Apple”-a qarşı kollektiv iddia irəli sürüblər. O zaman onlar bildirmişdilər ki, “Apple” tətbiqlər bazarını tək öz əlində cəmləşdirir, çünki yalnız App Store-dan yüklənmə mümkündür və qiymətlər də bahadır.

“Apple”-dan cavab olaraq deyiblər ki, şirkət qiymətləri təyin edən App Store tətbiqi müəllifləri ilə istifadəçilər arasında sadəcə bir vasitəçi rolunu oynayır. 2017-ci ildə ABŞ-ın  Appelyasiya məhkəməsi istifadəçilərin tərəfini tutub və onlara “Apple”-a qarşı iddia irəli sürməyə icazə verib, lakin şirkət bu qərarla razılaşmayıb və yenidən məhkəməyə müraciət edib.

İş Ali Məhkəməyə qədər gəlib çatıb və o bildirib: bütün İOS istifadəçiləri “Apple”-ın birbaşa müştəriləridirlər və şirkətə qarşı iddia irəli sürə bilərlər.

Bununla belə məhkəmə “Apple”-ı antimonopoliya qanunvericiliyini pozmaqda günahlandırmır, CNN qeyd edib.

Məhkəmə qərarı fonunda “Apple”-ın səhmləri 5,57% enərək hər birinə görə 186,2 dollar olub. Şirkətin bazar kapitalizasiyası 856,58 milyard dollar olub. Bloomberg, səhmlərin enməsini, Çin hökumətinin 2019-cu ilin iyunundan bəzi amerikan malları üzərinə qoyduğu rüsumları artırması ilə əlaqələndirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...