Alimlər tərəfindən işlənib hazırlanmış çip insan beynini xatırladan kompüterlərin yaradılmasının əsasını təşkil edə bilər.
Ənənəvi kompüter ayrıca yaddaş və prosessor modullarına malikdir, bununla əlaqədar olaraq bütün məlumatlar həmin modullar arasında ötürülməlidir. İnsan beyni bu cəhətdən, hətta ən müasir kompüterləri geridə qoyur, çünki o, informasiyanı bir yerdə (neyronlar arasında birləşmələrdə və ya sinapslarda) emal edir və saxlayır. Almaniya və Böyük Britaniyadan olan alimlərdən ibarət beynəlxalq komanda insan beynini xatırladan kompüterlərin yaradılmasının əsasını təşkil edə bilən aparat təminatı yaratmağa müvəffəq olub. Alimlər işıqla işləyən, neyron və onların sinapslarının davranışını təqlid edən süni neyron şəbəkəsindən ibarət çip istehsal etməyə nail olublar.
Alimlər belə optik neyrosinaptik şəbəkənin beyin kimi informasiyanı öyrənmək, ondan hesablama və tanımaq üçün istifadə etmək qabiliyyətini nümayiş etdiriblər.