Azərbaycanın ilk “blockchain” startapı “iQrex” Amerikanın IBM şirkətinin “Hyperledger” platformasından imtina edərək “JP Morgan”ın “Quorum” platformasına keçib. Bunu “iQrex” startap layihəsinin rəhbəri Cəlal Rəhimov deyib.
Onun sözlərinə görə, buna səbəb IBM tərəfindən “Hyperledger” texnologiyanı limitləməsi olub ki, bu addım daha çox kommersiya xarakteri daşıyır.
“IBM-in platforması “bitcoin”in üzərindədir və “bitcoin”in qiyməti qaxdıqca, bu texnologiyanın da istifadə qiyməti artacaq. Digər tərəfdən, ”Hyperleache”in özəl proqramlaşdırma dili mövcuddur ki, IBM onun açıq şəkildə tədrisini təşkil etmir. Yəni, bu texnologiya ilə işləmək üçün müvafiq sertifikat əldə etmək gərəkdir, bu da işi getdikcə mürəkkəbləşdirə bilər. Ona görə bu problemlərin qabağını almaq üçün biz “Quorum”a keçməyə qərara gəldik”, – deyə C. Rəhimov qeyd edib.
Layihə rəhbəri onu da bildirib ki, “Quorum” texnologiyası “blockchain”ə bənzər texnologiyadır və “Hyperledger”dən fərqli olaraq geniş kütləyə açıqdır.