Rusiya prezidenti Vladimir Putin bəzi dünya miqyaslı mediya və jurnalların bildirdiyinə görə dünyanın ən varlı insanıdır.
International Business Timesın bu həftə bildirdiyi məlumata görə Putinin sərvəti 200 milyard dollara yaxındır. Buna baxmayaraq Putin forbesin ən varlı insanları siyahısında heç bir zaman yer almayıb.
Time Jurnalı isə yanvar ayında açıqladığı hesabatında Putinin sərvətinin 40 il ərzində 70 milyard dollara qədər çatdığını bildirir.
200 milyard dollar sərvəti ola bilər
Putinin əslində araşdırıldığı halda sərvətinin çox ola biləcəyi düşünülür. 2012-ci ildə istefa edən baş nazirin açıqlamalarına görə Putinin 20 ədəd dövlət sarayı, 4 yaxtası, 58 təyyarəsi, milyon dollarlıq saat kolleksiyası var. Ən bahalı mülkiyyətlərindən biri isə Qaradənizdə sahib olduğu 1 milyard dollarlıq saray olduğu bildirilir.
Bundan başqa Putinin Surgutneftegaz adlı neft şirkətinin 37 faizinə sahib olduğu da məlumdur. Bu şirkətin qazancları isə Putinin sərvətini ciddi şəkildə artırır.