Belə imkan artıq Meksika istifadəçilərində var.
Bəzi ölkələrin istifadəçiləri “Google Play” balansını nəğd yolla doldurmaq imkanı əldə ediblər, onlar yaxınlıqdakı mağazadan hesaba pul köçürə biləcəklər. TechCrunch-ın açıqlamasına görə, bu barədə Google-un təchizat işləri üzrə direktoru Aurash Mahbod I/O 2019 konfransında məlumat verib.
“ Biz bilirik ki, inkişaf edən bazar bütün təchizatçılar üçün artımın əsasıdır. Buna görə də, biz “təxirə salınmış əməliyyatlar” ın buraxılışına görə şadıq. Bu bank köçürməsi və ödəmə qaydasının nəğd yolla ödəniş vasitəsidir.
Aurash Mahbod, “Google”-da təchizat işləri üzrə direktor.
Google artıq, Google Play balansının doldurulması ilə bağlı sorğu məlumar səhifəsinə nəğd ödəniş barədə məlumat daxil edib, lakin hələ ki, bu imkanı olan ölkələri və mağazaları qeyd etməyib. Android Police yazır ki, Google Play balansını Meksikadakı Oxxo mağazalar şəbəkəsindən doldurmaq mümükündür. “Google” bildirib ki, mağazalar əlavə komissiya götürə bilərlər.
“Google Play”-də nəğd ödəniş necə işləyəcək:
Tətbiqi alarkən və ya tətbiqin daxilində istifadəçi yaxınlıqdakı ortaq-mağazada ödəniş üçün kod alır.
Kodu ödəmək mağazanın kassasında lazım gəlir.
Ödəmədən sonra istifadəçi alışını və ödəməni təsdiq edən elektron məktubu əldə edir. “Google” on dəqiqə ərzində əməliyyatı həyata keçirəcəyinə söz verir, lakin bildirir ki, ödəniş 48 saatadək çəkə bilər.
Pulları, istifadəçi geri götürə bilməz, qaytarmaq lazım gəldikdə “Google” yalnız Play Store-dan bonus təklif edə bilər.
Hələ də “Google Play”-dən alış ödəmələrinin əsas vasitəsi kimi əlaqəli bank və kredit kartları qalmaqda davam edir. Balansı həmçinin, telefon, hədiyyə kartları, promokod və PayPal kimi ödəmə sistemlərindən də doldurmaq mümkündür.