“Microsoft” seçkilər üçün proqram təminatı işləyib hazırlayır

Date:

Paylaş:

“Microsoft” şirkəti seçkilərdə səsvermə prosesini təhlükəsiz, yoxlanılmış və güvənli auditə uyğun həyata keçirməyə imkan verən proqram təminatını işləyib hazırlayır.

Associated Press bildirib ki, bu barədə “Microsoft”un baş direktoru Satya Nadella proqram təminatı təchizatçıları üçün şirkətin illik konfransında xəbər verib.

Nadellanın sözlərinə görə, bu, “seçilmiş infrastrukturanın hamsını bütün dünya üzrə müasirləşdirməyə” imkan verəcək.

O belə izah edib ki, seçki prosesini kənar müdaxilələrdən qorumaq üçün bülletenlərin qeydiyyatı şifrələnmiş şəkildə həyata keçiriləcək.

Proqram təminatı Oreqonadan olan Galois şirkəti ilə birgə çalışır və bu şirkət özü də həmçinin, Pentaqonun yüksək araşdırmalar agentliyi DARPA ilə, müqavilə əsasında, güvənli səsvermə sistemi prototipinin yaradılması üzərində işləyir.

“Micrososft” yeni proqram təminatını “ElectionGuard” adlandırır.

“ElectionGuard seçicilərə səslərinin dəqiq qeydə alındığını təsdiqləməyə imkan verir. Bundan başqa, onun istehsal etdiyi unikal kodlu treker, səsverməni gizli saxlayan və bununla səslərin dəqiq hesabını göstərən şifrəli səsvermə versiyasını qeydiyyatdan keçirir.

Bu seçki sonrası güvənli yoxlamalar aparmağa və səsləri hesablamağa imkan verir, deyə “Microsoft”dan açıqlama veriblər.

Yeni proqram təminatı həmçinin üçüncü tərəf hesab edilən siyasi partiyalar,jurnalistlər və seçicilərin özləri kimi müşahidəçilər qrupuna onlayn şəkildə, seçkilərin düzgün keçirilib-keçirilməməsini yoxlamaq imkanı verir.

Belə hesab edilir ki, yeni PT bu ilin yayında satışa çıxacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...