Hindistan şirkətləri Azərbaycan iqtisadiyyatına 1,2 mlrd. dollar sərmayə qoyub

Date:

Paylaş:

İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, Ş. Mustafayev ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə nazir ölkəmizin Hindistan ilə əməkdaşlığa önəm verdiyini, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, ölkələrimiz arasında müqavilə-hüquq bazası yaradılıb, hazırda investisiyaların təşviqi və qarşılıqlı qorunması Sazişi üzrə müzakirələr aparılır. Azərbaycanda 230-a yaxın Hindistan kapitallı şirkət fəaliyyət göstərir, Hindistan şirkətləri Azərbaycan iqtisadiyyatınaa 1,2 mlrd. dollar investisiya yatırıb. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndiyini vurğulayan iqtisadiyyat naziri bildirib ki, 2018-ci ildə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 84% artıb. Bu ilin birinci rübündə ticarət dövriyyəsi 66% artaraq 300 mln. dollara yaxın olub. Hər iki işgüzar dairələrin iştirakı ilə biznes forum və işgüzar görüşlər keçirilib. Hindistan şirkətlərinin istehsal etdiyi məhsullarının Azərbaycanda sərgiləri təşkil olunub.

Əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bildirən İqtisadiyyat naziri sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, turizm, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanları vurğulayıb, hindistanlı iş adamlarını Azərbaycanın sənaye parkları və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib.

Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən layihələr, tranzit imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin üstünlükləri barədə məlumat verib.

B.Vanlalvavna təbrikə görə təşəkkür edib, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Hindistan-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bildirib, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...