“Gett” səhmdarları şirkətə, onun IPO-ya hazırlığı ərəfəsində 120 milyon dollar veriblər

Date:

Paylaş:

Şirkət  2020-ci ilə IPO planlaşdırır.

TechCrunch-ın yazdığına görə “Gett” taksi xidməti 200 milyon dollarlıq raundun bağlanması barədə xəbər verib – o öz səhmdarlarından  kredit və investisiya şəklində pul cəlb edib.

“Gett”-in baş direktoru Dave Vaiser-in sözlərinə görə,  çox güman ki, bu raund birjadan əvvəlki son raunddur və şirkət onu 2020-ci ilin birinci rübünə planlaşdırıb.Şirkətin rəhbərliyi açıqlama verib ki, hələ ki, “Gett” IPO-nun harada keçiriləcəyini bilmir, amma ola bilsin ki, o ya Londonda ya da Nyu-Yorkda baş tutacaq.

Vaiser-in sözlərinə görə,2019-cu ilin sonuna “Gett” əməliyyat mənfəəti əldə etməyi hesablayıb.

Şirkətin hazırki səhmdarları, eyni zamanda “Volkswagen”, Leonard Blavatnik-in “Access” şirkəti və başqaları yatırım ediblər.2018-ci ilin iyununda onlar “Gett”-ə 80 milyon dollar yatırım ediblər, indi isə daha 120 milyon dollar əlavə ediblər və raundu 200 milyon dollarla bağlayıblar.

2018-ci ilin sonunda alman KİV-i mənbələrə istinadən yazıb ki, “Volkswagen” öz səhmlərini “Gett”-ə yazır, belə ki, xidmət səhmdarın gözləntilərini doğrultmayıb və onlayn-taksi çağırışı bazarında əhəmiyyətli pay əldə edə bilməyib. Vaiser bunu pis jurnalist əməyi kimi qiymətləndirib və qeyd edib ki, son raundda “Volkswagen” yenidən “Gett”-ə yatırım edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...