Google Chrome’a cookie faylların izlənməsini məhdudlaşdıracaq funksiya əlavə edilə bilər

Date:

Paylaş:

 Yaxın zamanda Google Chrome brauzerinə cookie faylların izlənməsi barəsində məlumatları təqdim edəcək və həmin faylların yığılmasını məhdudlaşdıracaq yeni funksiya əlavə edilə bilər. Bu barədə The Wall Street Journal saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən sözügedən funksiya 6 ildən çoxdur ki, hazırlanır.

    Bu funksiyanın hazırlanması zamanı Google şirkəti reklam şirkətlərinin rəhbərlərindən yeni funksiyanın istifadəyə veriləcəyi vaxtda yaşana biləcək gözlənilməz nəticələr üzrə konsultasiya alıb. Hal hazırda cookie fayllar targetinq reklam və maraqlar üzrə reklamlarda çox vacib rolu oynayırlar.

    Belə ki, həmin fayllar özlərində istifadəçilərin özəl ayarları və üstünlükləri barəsində məlumatları birləşdirirlər. Ən məşhur brauzerdə həmin məlumatların əldə olunmasının məhdudlaşdırılması isə öz növbəsində marketoloqların öz strategiyalarını yenidən gözdən keçirtməyə səbəb olacaq. Chrome brauzeri üçün nəzərdə tutulmuş bu yeni funksiya artıq yaxın zamanda təqdim oluna bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...